Alış-verişi hissələrə parçala

Taksit – yeni və ya artıq etdiyiniz alış-verişi 24 aya qədər hissələrə bölmək üçün sadə və rahat üsuldur

 

Taksit qeydiyyatı necə baş verir?

Üsul 1
Alış-verişdən öncə
Böyük bir alış-veriş planlaşdırırsınızsa və bütün məbləği bir dəfəyə ödəmək istəmirsinizsə, alış-vrişdən öncə Leobank tətbiqində taksit planı yaradın. Daha sonra sadəcə alış-verişi kartla ödəyin, aldığınız malın dəyəri avtomatik olaraq hissələrə parçalanacaq
1
Müraciət yaradın
Məsələn, siz yeni telefon almaq istəyirsiniz. Tətbiqə daxil olun və “Hissələrə parçala” düyməsini seçin
2
Yeni alış-veriş” seçin
3
Alış-veriş məbləğini və müddəti qeyd edin
Məsələn, yeni telefonunuzun qiyməti 900 ₼ və siz 9 ay ərzində tam məbləği ödəmək istəyirsiniz. Daha sonra biz taksit üçün sorğu yaradacağıq.

3 aylıq taksit – komissiyasız. 4 aydan 24 aya qədər – aylıq komissiya alış-veriş məbləğinin 1,5%-ni təşkil edir
4
Alış-verişi Leobank kartı ilə edin
Ödənişdən sonra alış-veriş məbləği seçdiyiniz müddət üzrə avtomatik olaraq hissələrə bölünəcək. İlk ödəniş dərhal silinəcək, qalan məbləğ isə taksit kimi qeyd oluncaq və kreditdən istifadəyə görə faiz hesablanmayacaq.

Növbəti ödənişlər alış-veriş günü hər ay hesabdan silinəcək. Ödəniş etmədiyiniz halda faktiki olaraq silinmə olmuyacaq və aylıq ödəniş məbləği kredit xətti üzrə borca hesablanacaq
Telefon misalını götürsək, 900 ₼ 9 bərabər hissəyə bölünəcək. Birinci hissə (100 ₼) komissiya ilə birlikdə (13,5 ₼) alışdan sonra 24 saat ərzində silinəcək. Qalan ödənişlər, həmçinin 113.5 ₼, hər ay eyni tarixdə silinəcək
Üsul 2
Alış-verişdən sonra
Əgər siz artıq alış-veriş etmisinizsə və sonra onu taksitə köçürmək qərarına gəlsəniz, bunu Leobank tətbiqində edə bilərsiniz
1
“Parçala”
bölməsini açın
Məsələn, siz dünən 1500₼-ə telefon aldınız və bu gün bu xərci 6 aylıq təksitə köçürməyə qərar verdiniz. “Parçala” menyusunda “Hissələrə parçala” üzərinə klikləyin
2
“Artıq edilmiş alış-veriş’’ seçin
3
Siyahıdan alış-verişi seçin
Məsələn, siz dünən 1500 ₼-ə telefon aldınız və bu gün bu xərci 6 ayalıq taksitə köçürmək qərarına gəldiniz. “Parçala” menyusunda “Hissələrə parçala” düyməsini seçin
4
Müddəti seçin və alış-verişi taksitə köçürün
Lazım olan alış-verişin detallarını açın, istədiyiniz müddəti seçin və “Təsdiq et” düyməsini klikləyin
5
Taksit qeydə alındı
Hazırdır, siz alış-verişi taksitə keçirtdiniz 😎
İlk ödəniş silinəcək, qalan məbləğ taksit kimi qeyd olunacaq və kreditdən istifadəyə görə % hesablanmayacaq. Ödənişlər hər ay alış-veriş günü silinəcək (kredit borcu üzərinə köçürüləcək).
Bizim misalda 250 ₼ ilk ödəniş 22,5 ₼ komissiya ilə birlikdə dərhal silinəcək, yerdə qalan məbləğ (1,250 ₼) taksitə qeyd olunacaq və kreditdən istifadəyə görə faiz hesablanmayacaq

FAQ

emoji
diagram

Taksit necə formalaşır?

arrow

Alış-veriş məbləği bərabər hissələrə bölünəcək. İlk ödəniş dərhal silinir, qalan məbləğ taksit kimi qeyd olunur və üzərinə kreditdən istifadəyə görə % hesablanmır

calendar

Minimum və maksimum taksit müddəti

arrow

min — 3 ay, мах — 24 ay

wallet

Minimum və maksimum taksit məbləği

arrow

min — 50 ₼, mах — 10 000 ₼

db

Taksit komissiyası nə qədər təşkil edir?

arrow

3 ay müddətinə – pulsuz.


4 aydan 24 aya qədər aylıq komissiya alış-veriş məbləğinin 1,5%-ni təşkil edir

bag

Onlayn alış-veriş üçün taksit məvcuddur?

arrow

Bəli. Azərbaycanda istənilən onlayn və digər mağazalarda alış-verişi taksitə köçürə bilərsiniz

timer

Taksiti vaxtından öncə bağlamaq mümkündürmü?

arrow

Bəli. Bunu etmək üçün istədiyiniz alış-veriş taksitini seçin və “Bağlamaq” düyməsini seçin. Daha sonra taksit məbləğinin qalığı şəxsi vəsait hesabına ödəniləcək, tam məbləğ olmadıqda isə kredit limiti üzrə borcun üzərinə köçürüləcək

smile

Əgər taksit ödənişinin ödəmə vaxtıdırsa, lakin kartda şəxsi vəsait yoxdursa?

arrow

Ödəniş məbləği taksitdən kredit limiti üzrə borcun üzərinə köçürülür

Tətbiqi yükləyin və qara kartınızı alın 🖤

card visa