Ödənişlər və köçürmələr

Leo kartı ilə istənilən köçürmələri qəbul edə və göndərə bilərsiniz. Həm də kommunal və digər xidmətlər üçün ödəniş edə bilərsiniz. Dərhal, banka getmədən və demək olar ki, həmişə komissiyasız
Apple storegoogle play
Leobank ödəniş və köçürmələrin üstünlükləri
01
Kart balansının artırılması, 2000 ₼-dək köçürmələr, kommunal xidmətlər və digər ödənişlər – komissiyasız
02
Başqa banklardan və ya xaricdən dollar və avro ilə ödənişlər ala bilərsiniz
03
Ödənişlərinizi daha sürətli və daha rahat edən bir çox unikal xüsusiyyət

Leo kartınızın balansını sizə rahat şəkildə artırın

Leo kartınızın balansını sizə rahat şəkildə artırın

  1. Unibank terminallarında və bankomatlarında
  2. MilliÖn, E-Manat ödəniş terminallarında
  3. Leo tətbiqində başqa bir bankın kartından
Yeri gəlmişkən, balans artırma üçün komissiya yoxdur və pul dərhal mədaxil edilir 😎
Cəmi bir neçə kliklə köçürmələri göndərin
Kart nömrəsi ilə standart köçürmələrə əlavə olaraq, Leobank tətbiqində köçürmələri daha sürətli və daha rahat edən bir çox seçim var🔥
01
Əlaqələr siyahısı
Əlaqələr siyahınızdakı insanlara kart nömrəsi daxil etmədən pul göndərin
03
Ödənişi təkrarla
Ödənişi təkrarlamaq istəyirsiniz? Bunun üçün xüsusi bir düymə var. Və bütün məlumatları yenidən daxil etməyə ehtiyac yoxdur
05
Ödənişi ləğv et
Ödənişi səhvən göndərmisiniz? Ləğv etmək üçün daha 5 saniyəniz olacaq
02
Silkələ və ödə
Əgər dostunuz yanınızdadırsa, ona tez bir şəkildə pul göndərmək üçün telefonlarınızı silkələyin
04
Ödənişlə cavab ver
Əgər kimsə sizə pul göndəribsə və siz onu geri qaytarmaq istəyirsinizsə, sadəcə olaraq “Cavab ver” düyməsinə basın və heç bir təfərrüat daxil etməyinizə ehtiyac yoxdur
Leo kartınızda köçürmələri qəbul edin
Azərbaycanın digər banklarından manatla və ya xaricdən dollar və avro ilə ödənişləri qəbul etmək üçün Leobank tətbiqində hesabınızın rekvizitləri mövcuddur. Hesab rekvizitlərinə “Kartın balansını artır” menyusunda və ya kartın ayarlarında baxa bilərsiniz
Leo kartınızda köçürmələri qəbul edin
Leobank-dan özəl xüsusiyyət 🔥
Dostunuz sizə Leo kartından pul göndəribsə, “təşəkkür edirəm” və ya “pul gəldi” əvəzinə emoji göndərə bilərsiniz: 👍 🙏 ❤️ Bu əyləncəlidir və vaxta qənaət edir
Kommunal və digər xidmətlər üçün komissiyasız ödəniş edin
Leo tətbiqində "Digər ödənişlər" menyusunda siz:
  1. Mobil telefonun balansını artıra
  2. İnternet üçün ödəniş edə
  3. Kommunal xidmətlər üçün ödəniş edə
  4. Yol hərəkəti cərimələrini ödəyə
  5. Parkinq ödənişlərini edə
  6. İcbari Sığorta Bürosuna ödəniş edə
  7. İpoteka ödənişi edə bilərsiniz
Və bütün bunlar komissiyasızdır, hətta kredit vəsaitləri hesabına ödəsəniz belə
Kommunal və digər xidmətlər üçün komissiyasız ödəniş edin
Leobank-dan özəl xüsusiyyət 🔥
Telefon kitabçanızdakı dostlarınızla ortaq hesabı bölə bilərsiniz. Məsələn, bir restoranda şam yeməyi və ya qrup alışı üçün
Alış-verişləri telefonunuzla ödəyin
Leobank kartınızı Google Pay və ya Apple Pay-ə əlavə edin və telefon və ya ağıllı saatınızla alış-verişlərinizi ödəyin
Alış-verişləri telefonunuzla ödəyin
Tez-tez verilən suallar
Müəyyən bir müddət üçün kartdan çıxarışı necə əldə etmək olar?
Leo tətbiqində “Kart ayarları” menyusu – “Kart üzrə çıxarış”
Leo kartı Apple Pay və Google Pay ilə işləyirmi?
Bəli. Siz Leo kartınızı Apple Pay və ya Google Pay-ə əlavə edə və telefon və ya ağıllı saatınızla alış-veriş üçün ödəniş edə bilərsiniz
Leobank tətbiqində parkinq üçün necə ödəniş etmək olar?
  • Digər ödənişlər menyusundan “Parkinq ödənişləri” seçin
  • Siyahıdan ticarət mərkəzini seçin
  • Parkinq biletinizdəki barkodu skan edin
Həmçinin Leobank tətbiqi nişanına basıb saxlamaqla “Parkinq üçün ödəniş” seçə bilərsiniz
Tətbiqi yükləyin və qara kartınızı əldə edin 🖤
Apple storegoogle play