Bir neçə dəqiqə ərzində onlayn sərfəli depozit açın! Bank ziyarətləri və ya əlavə sənədlər tələb olunmur.
İllik 11.7%-ə qədər qazanın və depozitinizi birbaşa tətbiqdə idarə edin 😎
QR kodunu skan edin və tətbiqi yükləyin
Leobank-da depozit hesabına sahib olmağın üstünlükləri
01
Sərfəli faiz dərəcələri: illik 11.7%-ə qədər
02
Faizlərin alınması müddətini, dərəcəsini və üsulunu özünüz seçirsiniz
03
Fors-major hallar zamanı istənilən vaxt depoziti götürə bilərsiniz
04
Pulunuz Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun etibarlı mühafizəsi altındadır
05
Depozit tətbiqdə 3 dəqiqə ərzində açılır
06
Müddətin sonunda isə depozit müddəti avtomatik olaraq uzadılır
Pul almaq istədiyiniz kartı seçə bilərsiniz: əsas və ya virtual 💳
Depozit pulunu komissiyasız xərcləyə bilərsiniz 💰
30 gündən artıq müddətə depoziti bağlayarkən, kartdakı puldan komissiyasız istifadə edə bilərsiniz: köçürmələr həyata keçirə, həmçinin Unibank bankomatlarında və kassalarında nağdlaşdıra bilərsiniz
Tariflər
Müddət
3 aydan 24 aya qədər
Faiz dərəcəsi, illik
8% -dən 11.7% -ə qədər
Minimum məbləğ
100 ₼
Depozitin artırılması
Nəzərdə tutulmayıb
Depozitin vaxtından əvvəl bağlanması
İcazə verilir (pulun çəkilməsi müddətindən asılı olaraq azaldılmış faiz dərəcəsi tətbiq edilir)
Depozit müddətinin artırılması
Depozit avtomatik olaraq yeni müddətə yenilənir
Faizlərin ödənilməsi
Leobank kartınıza: aylıq və ya müddətin sonunda (yüksək tariflə)
Depozitin ödənilməsi
Leobank kartınıza
Depozit gəlirlərinin vergiyə cəlb edilməsi
Ayda 200 ₼-dək qazanılmış faizdən gəlir vergiyə cəlb edilmir, 200 ₼-dan çox olduqda vergi 10% təşkil edir. 200 ₼ məbləğinə Unibank-ın bütün depozit məhsullarından gəlirlər daxildir (kart balansı üzrə faizlər, Xəzinə, depozit)
Tez-tez verilən suallar
Depozit nədir?
Bu, qənaət etmək və qazanc əldə etmək üçün müəyyən müddət ərzində banka qoya biləcəyiniz puldur
Leobank-da depozitlər necə qorunur?
Bütün depozitlər AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir müştəri üçün 100.000 ₼ məbləğində sığortalanır
Hansı növ depozit hesabı aça bilərəm?
Özünüz üçün ən əlverişli və sərfəli şərtləri seçməklə müddətli depozit aça bilərsiniz
Depozit üzrə faiz necə ödənilir?
Faizlər gündəlik hesablanır və istəyinizə uyğun olaraq Leo kartına ödənilir: hər ay depozitin açıldığı gün və ya müddətin sonunda. Faizin müddətin sonunda ödənilməsini seçsəniz, faiz daha yüksək olduğu üçün daha çox qazanacaqsınız
Müddətin sonunda depozitlə nə baş verir?
Depozit avtomatik olaraq uzadılma zamanı mövcud bank faiz dərəcəsi ilə eyni müddətə uzadılır
Depozitimi nə vaxt götürə bilərəm?
Maksimum mənfəət əldə etmək üçün depoziti müddəti bitdikdən və avtomatik uzadıldıqdan sonra götürmək daha sərfəlidir. Bu halda, siz hesablanmış faizlərin tam məbləğini əldə edəcəksiniz.
Əgər fors-major baş verərsə və siz depozit hesabını vaxtından əvvəl bağlamalısınızsa, narahat olmayın, depozit qoyduğunuz vəsaiti alacaqsınız. Amma qazanılan faiz məbləği az olacaq
Depoziti necə bağlamaq və pulu almaq olar?
İstənilən bank iş günündə depozit hesabını onlayn bağlaya bilərsiniz. Bunu etmək üçün Leo tətbiqində "Depozitlər" bölməsində "Depoziti bağla" düyməsinə toxunun, pulu köçürmək istədiyiniz kartı seçin, bir neçə saniyədən sonra pul kartınızın balansında əks olunacaq
Leobank-da hansı müddətə depozit aça bilərəm?
3 aydan 24 aya qədər müddətə depozit aça bilərsiniz; müddət nə qədər uzun olsa, faiz dərəcəsi bir o qədər yüksək olar
Proqramı yükləyin və Leobank-da əmanət açın
QR kodunu skan edərək bir neçə kliklə kart açın və evə çatdırılma ilə əldə edin!