Leobank

1 manatdan başlayan sərmayələr

Səhm, Bitcoin və ya indeksləri hissələrlə alın. Apple, Google, Tesla və ya bir çox digər tanınan şirkətlərin səhmdarı olun
phone

Sərmayəni sadələşdirdik

mario

Hamısı bir tətbiqdə

Birbaşa Leobank kartınızdan səhmlər alın. Və istədiyiniz vaxt onları satın. Səhmləri satdıqdan sonra tək toxunuşla pulu karta köçürmək mümkündür

leo-tinder

Sərmayə etmək çox asandır

Aydın interfeys. Səhm alışı isə pizza sifarişindən daha asandır

alladin

Şirkətlərin böyük seçimi

500-dən çox sərmayə aləti! S&P 500 siyahısında olan şirkətlər, o cümlədən Tesla, Apple, Amazon, Google, Microsoft, Facebook və digər. Bitcoin, Ethereum, Ripple və 100-dən populyar kriptovalyuta

Sərmayə etmək üçün nə etmək lazımdır:

gradient
phone

01Əsas ekranda «Sərmayələr» menyusuna daxil olun *

gradient
diagram

02Nəyə sərmayə edəcəyinizi seçin

gradient
wallet

03«Almaq» düyməsinə toxunun – hazırdır!

Leo ilə investisiya etməyi öyrənin

Maliyyə bazarlarında uğur qazanmaq üçün investisiya prinsiplərini və strategiyalarını öyrənin!
Mobile phone

Tariflər

Broker hesabının açılması və xidməti

0 AZN

Səhm və ya indeks alış-verişi üçün komissiya

Əməliyyat məbləğinin 0,25% (min 1 AZN).

Kriptovalyuta alış-verişi üçün komissiya

Əməliyyat məbləğinin 2% (min 1 AZN).

Alış əməliyyatları üzrə kredit vəsaitlərinin istifadə üçün komissiyası

2%

Kriptovalyutanın saxlanması üçün komissiya

30 gündən az - pulsuz30 gündən çox - ayda 1,25%

FAQ

emoji
Question

Aktivləri necə alıb necə satmaq olar?

Səhm və ya kriptovalyuta almaq üçün siyahıdan şirkət və ya koin seçin, miqdarı göstərin və Leobank kartı ilə ödəniş edin. Səhm alış-verişi aparılan an, vəsaitər dollar məzənnəsi ilə manatla silinəcək. Satış üçün "Portfel" bölməsində seçim edin, miqdarı daxil edin və əməliyyatı təsdiqləyin. Vəsaitlər Leobank kart balansınıza aktivlərin satış anına olan dollar məzənnəsi ilə manatla köçürüləcək.
Question

Nə qədər və hansı səhmləri ala bilərəm?

Alınan səhmlərin sayına heç bir məhdudiyyət yoxdur. Önəmli olan sizin istəyiniz və Leobank kart hesabınızdakı vəsaitin miqdarıdır. Hazırda S&P 500 siyahısından səhmlərimiz var – bu siyahıdan istədiyinizi ala bilərsiniz. Həmçinin səhmlərin qismən alış-verişi da mümkündür.
Question

Kriptovalyutanı necə almaq və ya satmaq olar?

Kriptovalyuta almaq üçün onu tətbiqdəki siyahıdan lazım olan mövqeni seçin, miqdarı və ya məbləği manatla qeyd edin və Leobank kartı ilə ödəyin. Vəsaitlər kriptovalyuta alışı zamanı olan dollar məzənnəsi ilə manatla ödəniləcək. Satış üçün "Portfel" bölməsində kriptovalyutanı seçin, miqdarı qeyd edib əməliyyatı təsdiqləyin. Vəsait Leobank kart balansınıza kriptovalyutanın satışı zamanı olan dollar məzənnəsi ilə manat valyutası ilə köçürülür.
Question

Səhm, kriptovalyuta alışı və satışı üçün komissiya nə qədər təşkil edir?

İndeks və səhmlərin alışı və satışı üçün komissiya 0,25% təşkil edir. Kriptovalyutanın alışı və satışı üçün komissiya 2% təşkil edir. Əməliyyat kredit vəsaiti hesabına aparılarsa, əlavə olaraq məbləğdən 2% tutulur.
Question

Səhmlərdən və ya kriptovalyutadan pay almaq istəsəm, onda necə olacaq?

Bir səhmin bir hissəsini və ya məsələn, Bitcoin-in bir hissəsini ala bilərsiniz. Bunun üçün bizdə fraksiya ticarəti (pay alış-verişi) prinsipi mövcuddur. Sadəcə olaraq, məbləği manatla daxil etməklə payın və ya kriptovalyutanın fraksiyalı hissəsini (səhmin 0,01 hissəsi) almaq mümkündür.
Question

Tətbiqdə səhmlər haqqında məlumatı haradan tapa bilərəm?

Hər bir səhm haqqında məlumat onun işarəsi, tiker və ya qiyməti altında yerləşir. Üzərinə kliklədikdə müəyyən bir dövr üçün səhmlərin fəaliyyətini, həmçinin şirkətin ümumi icmalını, kapitallaşmasını, həcmin, dividend ölçüsünü və P/E əmsalını görmək mümkündür.
Question

Dəqiq olaraq hansı səhmləri almaq lazım olduğunu deyə bilərsiniz?

Xeyr, istəyimizdən asılı olmayaraq, səhm və kriptovalyuta alışı və satışı ilə bağlı məsləhət vermək səlahiyyətimiz yoxdur. Məsuliyyət həmişə qərarları qəbul edənlərin üzərinə düşür.
Question

Birjanın bağlı olduğu saatlarda nə etmək olar?

ABŞ fond bazarının öz iş saatları var, ona görə də bazar bağlı olduğu halda səhmləri almaq və ya satmaq mümkün deyil. İndi bazar "yay vaxtı" ilə işləyir: maliyyə əməliyyatları iş günlərində, Bakı vaxtı ilə saat 17:30-dan 00:00-dək həyata keçirilə bilər. Bazar həftə sonları və bəzi ABŞ bayramlarında bağlı olur.
Question

Birjanın bağlı olduğu saatlarda nə etmək olar?

Günün istənilən vaxtı kriptovalyuta alıb sata bilərsiniz. Tezliklə siz həmçinin bazarın bağlı olduğu saatlarda səhmlər və ya fond indeksləri ilə ticarət edə biləcəksiniz. Bunun üçün biz ticarəti pre-market time ilə başlayırıq. Bu o deməkdir ki, başqa bir müştəri razılaşdırılmış qiymətə mövqeləri almaq və ya satmaq istəyərsə, müştərinin sifarişləri qeydə alınır. Bununla belə, nəzərə almaq lazımdır ki, səhmlərin bazardan əvvəlki dövrdəki dəyəri ticarət sessiyası zamanı olan dəyərindən fərqli ola bilər.
Question

Ümumi gəliri harada görə bilərəm?

"Sərmayələr" menyusunun əsas səhifəsində "Portfel" bölməsi mövcuddur. Orada həm hesabın ümumi balansını, həm də portfeldəki hər bir səhm üzrə göstəriciləri görə bilərsiniz.
Question

Səhmlər harada saxlanılır?

Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq tərəfdaşımız UniCapital tərəfindən həyata keçirilir. Müştərilərin bütün aktivləri brokerin öz aktivlərindən ayrı saxlanılır. Eyni zamanda, hər bir müştərinin səhmləri Unicapital-da ayrıca müştəri hesablarında uçota alınır. Unicapital depozitar deyil, lakin öz müştərilərinə maliyyə alətləri ilə əməliyyatlarla bağlı qiymətli kağızlar hesabının idarə edilməsi xidmətləri göstərmək hüququna (müvafiq lisenziyaya) malikdir. Səhmlər üzrə son hüquqlar (məsələn, dividend almaq hüququ) son sahiblərə, yəni müştərilərimizə məxsusdur.
Question

Səhmlərin və ya kriptovalyutanın ticarətindən əldə edilən gəlir vergiyə cəlb edilirmi?

Səhmlərin və kriptovalyutaların alış-veriş xidmətini təqdim edən Leobank, vergi orqanı olmadığı üçün müştərilərdən VÖEN tələb etmir və müştərilər üçün vergi ödəmir. Vergi ödənişinin zəruri ola biləcəyini nəzərə alaraq və həmçinin sizin fərdi məsələnizə uyğun olan bütün məlumatları əldə etmək üçün müvafiq orqanla əlaqə saxlamağınızı tövsiyə edirik.
Question

Səhmləri almaqda risk varmı?

Sərmayə riskləri mövcuddur, ona görə də bazarın vəziyyətini və səhmlərini almaq istədiyiniz şirkətləri izləmək vacibdir. Risklər haqqında ətraflı məlumatı Baş Müqavilənin ictimai hissəsinin "Risk Faktorlarının Bəyannaməsi" bölməsində oxuya bilərsiniz.
Question

Səhm ticarəti zamanı pul itkisi mümkündürmü?

Səhm ticarəti zamanı siz yatırılan vəsaitləri həm qazana, həm də itirə bilərsiniz. Məsələn, portfelinizdəki səhmləri onların alış qiymətindən aşağı satsanız, alış qiyməti ilə satış qiyməti arasındakı fərqi itirmiş olacaqsınız.

Leobank yükləyin və sərmayələr aləminə keçid edin 🖤

App Store
Play Market
Edication