Leobank

Taksitlə ödəniş

Partnyor mağazalarda taksitlə və komissiyasız ödəyin! Alış-veriş məbləğini 24 ödənişə qədər bölə bilərsiniz
QR kodunu skan edin və tətbiqi yükləyin
Download App
phone

Taksit ödəniş xidmətinin üstünlükləri

step1
01
Komissiya yoxdur! İstənilən məhsul üçün tam pulsuz taksit imkanı
step2
02
Məhsulu dərhal alırsınız, ödənişi isə sizə rahat şəkildə ödəyirsiniz
step3
03
Proqram ölkə üzrə ən böyük mağazalarla əməkdaşlıq edir
pawemoji

Şir pəncəsini axtarın

Şir pəncəsi işarəsi olan Leo partnyor mağazalarında bütün məhsulları taksitlə ala bilərsiniz. Ödənişi neçə aya bölə biləcəyinizi mağazada öyrənə bilərsiniz

Necə işləyir?

  1. Partnyor mağazada və ya mağazanın veb-saytında məhsulu seçin
  2. Mağazada satıcıya Leobank-ın “Taksit ödəniş” xidməti ilə ödəniş etmək istədiyinizi deyin. O, alış-verişi tamamlamağınıza kömək edəcək. Saytda sifarişin rəsmiləşdirilməsi zamanı Leobank-ın “Taksit ödəniş” xidmətini seçin və təlimatlara əməl edin
  3. İlk ödəniş kartdan dərhal tutulur. Qalan ödənişləri isə karta aylıq şəkildə mədaxil edəcəksiniz.
Mobile phone

Partnyorlar

Hamısı
Elektronika
Təmir
Dəb
Uşaq məhsulları
Gözəllik və sağlamlıq
Təhsil
Turizm
Mebel
Aksesuarlar
Avtomobil xidmətləri
Məişət məhsulları
Digər
Emin Store
Emin Store

Yalnız mağazalarda 📍

Tez-tez verilən suallar 🧐

Question

Kimlər taksitlə ödəniş xidmətindən yararlana bilər?

Kartda kredit limiti mövcud olan bütün Leobank müştəriləri taksitlə ödəniş xidmətindən istifadə edə bilərlər
Question

Hansı məbləğdə alış-verişi taksitlə ödəniş xidmətindən istifadə etməklə ödəmək olar?

15 000 ₼-dək alış-verişinizi taksitlə ödəyə bilərsiniz (lakin kredit limitinizi aşmamaq şərtilə)
Question

Taksitlə ödənişi neçə aya rəsmiləşdirmək olar?

Taksitlə ödəniş 3 aydan 24 ayadək rəsmiləşdirilə bilər
Question

Taksitlə ödənişi necə ödəmək olar?

Alış-veriş məbləği bərabər hissələrə bölünür. İlk ödəniş kartdan dərhal tutulur, qalan ödənişlər isə hər ay alış-veriş tarixində kartdan tutulacaq. Sizdən yalnız vaxtlı-vaxtında tələb olunan məbləği kartınıza mədaxil etmək xahiş olunur
Question

Taksitlə ödəniş xidməti üçün komissiya haqqı varmı?

Xeyr. Xidmət sizin üçün tamamilə pulsuzdur
Question

Kartıma vaxtında ödəniş etməsəm nə olar?

Ödəniş məbləği “Taksitlə ödəniş”dən kredit limitiniz üzrə borcunuza yönələcək
Question

Onlayn alış-veriş zamanı taksitlə ödəniş xidmətindən istifadə etmək mümkündürmü?

Bəli, partnyor mağazanın saytında taksitlə ödəniş imkanı varsa
Question

“Taksitlə ödəniş” xidməti üzrə borcu vaxtından əvvəl tam ödəmək mümkündürmü?

Bəli. Bunun üçün tətbiqdə Hissə-hissə ödəniş xidmətində istədiyiniz alış-verişi seçin və “Hissə-hissə ödənişi tam ödə” düyməsinə toxunun. Taksitlə ödəniş üzrə borc şəxsi vəsait hesabına ödəniləcək. Kartda kifayət qədər şəxsi vəsait olmadıqda, qalan məbləğ kredit limiti üzrə borca köçürüləcək və kredit limiti üzrə standart tariflər tətbiq olunacaq
Question

Kredit limitim yoxdursa, Taksitlə ödəniş xidmətindən istifadə edə bilərəmmi?

Taksitlə ödəniş xidməti yalnız kartında kredit limiti olan Leobank müştəriləri üçün mümkündür. Leo tətbiqində kredit limiti üçün müraciət edə bilərsiniz
Question

Taksitlə ödənişlə edilmiş alış-verişlər üçün keşbek hesablanırmı?

Xeyr
Question

Taksitlə ödəniş xidməti üzrə partnyor mağazaların siyahısına harada baxabilərəm?

Partnyorlar haqqında məlumat bu səhifədə, eləcə də Leobank tətbiqində “Kreditlər” bölməsində mövcuddur

Tətbiqi yükləyin və qara kartınızı əldə edin 🖤

QR kodunu skan edərək bir neçə kliklə kart açın və evə çatdırılma ilə əldə edin!
Download App
Black Card