Tez və rahat şəkildə xəyallarınız üçün pul yığın! Bundan əlavə, siz əmanətlərinizə faiz qazanacaqsınız: Leo qara kart sahibləri illik 6%, Leo Prime kart sahibləri isə illik 7%
Leobank-ın Xəzinə məhsulunun üstünlükləri
01
Xəzinədəki məbləğə Leo qara kart sahibləri illik 6%, Leo Prime kart sahibləri isə illik 7% olmaqla gündəlik gəlir əlavə edilir
02
Hesablanmış faizlər hər ay Xəzinədəki məbləğə əlavə olunur və əmanətləriniz daha da sürətlə böyüyür
03
Avtomatik yığım qaydaları büdcənizə təsir etmədən böyük məbləğ toplamağa kömək edəcək
04
İstənilən vaxt Xəzinəni “sındıra” və pulunuzu faizlə birlikdə çıxara bilərsiniz
05
Xəzinədən pulun bir hissəsini götürə və qalan məbləğ üzrə faiz qazanmağa davam edə bilərsiniz
06
Xəzinəniz üçün avatar fikirləşin və süni intellekt təsvirinizə əsasən görüntü yaradacaq
Nə üçün və nə qədər pul yığmaq istədiyinizi qeyd edin
Xəzinə balansını artırmaq üçün sizə rahat qaydaları təyin edin
Süni intellektin köməyi ilə Xəzinəniz üçün avatar yaradın
Xəzinənin balansını necə artırmalı?
Xərcləmələr üzrə faiz
Nümunə: 100 ₼ məbləğində alış-veriş etmisiniz və balansın hər xərcləmənin 10%-i dəyərində artırılmasını seçmisiniz. Alış-verişdən sonra kartdan 110 ₼ tutulacaq, onun 10 ₼-ı Xəzinə balansına köçürüləcək
Xərclərin yuvarlaqlaşdırılması
Nümunə: 45,70 ₼ məbləğində alış-veriş etmisiniz və xərcləri 10 ₼-dək yuvarlaqlaşdırmağı seçmisiniz. Alış-verişdən sonra kartdan 50 ₼ tutulacaq, onun 4,30 ₼-ı Xəzinə balansına köçürüləcək
Balansın əllə artırılması
Xəzinənin balansını özünüz Leo kartından, başqa bank kartından və ya Apple Pay və Google Pay ilə artıra bilərsiniz
Kartdakı balansın yuvarlaqlaşdırılması
Nümunə: günün sonundakı balansınız 998,23 ₼ təşkil edir, siz balansı 10 ₼-dək yuvarlaqlaşdırmağı seçmisiniz. Günün sonunda 8,23 ₼ Xəzinə balansına köçürüləcək
Müntəzəm ödənişlər
Kartınızdan Xəzinə balansına avtomatik olaraq köçürüləcək məbləği və köçürmə tarixini özünüz qeyd edirsiniz
Birgə yığım
Dostlarınızı ortaq xəyallarınız üçün birgə pul yığmağa dəvət edə bilərsiniz. Dostunuza dəvət göndərin və o, istənilən bank kartından Xəzinənizin balansını artıra bilər
FAQs 🧐
Xəzinə nə üçün lazımdır?
Xəzinə vasitəsilə Leobank kartı ilə alış-veriş edərək arzu etdiyiniz hədəflər üçün asan və nəzərə çarpmadan pul yığa bilərsiniz
Xəzinənin balansını necə artırmaq olar?
Xərcləmələrin yuvarlaqlaşdırılması, xərcləmələrdən faiz, müntəzəm ödənişlər kimi avtomatik yığım qaydaları təyin edin. Xəzinənin balansını özünüz Leo kartından, başqa bank kartından və ya Apple Pay və Google Pay ilə artıra bilərsiniz
Dostları Xəzinənin balansını artırmağa necə dəvət etmək olar?
Dostlarınızı ortaq xəyallarınız üçün birgə pul yığmağa dəvət edə bilərsiniz. Bunun üçün "Paylaş" düyməsinə klikləyin və linki dostunuza göndərin, ya da messencer və sosial şəbəkələrdə paylaşın. Dostlar linkə keçid edərək öz Leo kartları, başqa bank kartı və ya Apple Pay və Google Pay ilə Xəzinənizin balansını artıra biləcək
Xəzinədəki yığımlara faizvermə var?
Bəli:
Leo qara kart sahibləri üçün illik 6%
Leo Prime kart sahibləri üçün illik 7%
Faizlər Xəzinənin əsas məbləğinə hər ay əlavə edilir
Neçə Xəzinə açmaq olar?
Eyni vaxtda 10-a qədər Xəzinə aça bilərsiniz
Maksimum müddət və məbləğ nə qədərdir?
İstədiyiniz qədər və istədiyiniz kimi pul yığın. Müddət və yığım məbləği üzrə heç bir məhdudiyyət yoxdur
Kredit limitindən Xəzinəni doldurmaq olarmı?
Xeyr. Xəzinəni yalnız şəxsi vəsaitlərlə doldurmaq mümkündür
Xəzinənin bağlasam, faizləri itirəcəyəm?
Xeyr. İstənilən vaxt Xəzinəni “sındıra” və məbləği faizlə birlikdə tam və ya qismən götürə bilərsiniz. Çəkilən məbləğ qazanılmış faizlə birlikdə Leobank kartınıza köçürüləcək