Kim dostunu biznes hesabı açmağa dəvət edə bilər?
Aktiv kartı olan istənilən Leobank müştərisi (black, Prime və ya business)
Kimlər biznes hesabı açmağa dəvət oluna bilər?
Biznes hesabı açmağa dəvət etdiyiniz şəxsin VÖEN-i Leobank-da qeydiyyat zamanı 12 aydan əvvəl verilmiş olmalıdır
Hər ikinizin 20 ₼ alması üçün dəvət olunan dost nə etməlidir?
“Leobank” tətbiqini yükləməli, qeydiyyatdan keçib “Menyu” bölməsində sahibkarlar üçün hesab açmalıdır. Əgər dostunuzun artıq Leobank kartı varsa, sadəcə biznes hesabı açmalı (dostunuzun telefon nömrəsi saytda qeyd olunan nömrə ilə uyğun olmalıdır) və biznes kartını aktivləşdirməlidir
Dostunuz dəvəti aldıqdan sonra 30 gün ərzində biznes hesabı açmalı və biznes kartını aktivləşdirməlidir. Biznes kartı aktivləşdirildikdən sonra növbəti 30 gün ərzində biznes hesabından minimum 50 ₼ məbləğində bir əməliyyat həyata keçirilməlidir (şəxsi Leo kartına və ya hesaba köçürmə əməliyyatları istisna olmaqla)
Bütün şərtlər yerinə yetirildikdən sonra hər ikiniz 20 ₼ keşbek qazanacaqsınız
Dostunuz nə qədər müddət ərzində biznes hesabı açmalı və biznes kartını aktivləşdirməlidir?
Dəvəti aldıqdan sonra 30 gün ərzində dostunuz biznes hesabı açmalı və biznes kartını aktivləşdirməlidir
Mənə bonusun verilib-verilmədiyini necə biləcəyəm?
Dostunuz proqramın şərtlərini yerinə yetirdikdən sonra keşbek hesabınıza bonusun əlavə olunması haqqında bildiriş alacaqsınız
Bonusun əlavə edilməsi haqqında məlumatı harada görə bilərəm?
Bonus məbləğini Keşbek menyusunda, “Dostların dəvət olunmasına görə bonus” kateqoriyasında görə bilərsiniz