Sizin nə zaman kredit limitindən istifadə etməyinizdən asılı olaraq güzəşt müddəti 62 günədək qüvvədə olur. Güzəşt müddətində qalmaq üçün cari ayın borcunu növbəti ayın sonunadək ödəmək kifayətdir
Misal: Siz kartdan əvvəl istifadə etməmisiniz. 5 aprel tarixində siz 50 AZN dəyərində alış-veriş etdiniz, 30 aprel tarixində isə daha 100 AZN xərclədiniz. Əgər siz bütün məbləği 31 may tarixinədək geri ödəsəniz, güzəşt müddətində qalacaqsınız və kredit vəsaitlərinin istifadəsinə görə banka bir qəpik belə ödəməyəcəksiniz