Leobank
Depozit
questionDepozit nədir?
Bu, qənaət etmək və qazanc əldə etmək üçün müəyyən müddət ərzində banka qoya biləcəyiniz puldur
questionLeobank-da depozitlər necə qorunur?
Bütün depozitlər AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir müştəri üçün 100.000 ₼ məbləğində sığortalanır
questionHansı növ depozit hesabı aça bilərəm?
Özünüz üçün ən əlverişli və sərfəli şərtləri seçməklə müddətli depozit aça bilərsiniz
questionDepozit üzrə faiz necə ödənilir?
Faizlər gündəlik hesablanır və istəyinizə uyğun olaraq Leo kartına ödənilir: hər ay depozitin açıldığı gün və ya müddətin sonunda. Faizin müddətin sonunda ödənilməsini seçsəniz, faiz daha yüksək olduğu üçün daha çox qazanacaqsınız
questionMüddətin sonunda depozitlə nə baş verir?
Depozit avtomatik olaraq uzadılma zamanı mövcud bank faiz dərəcəsi ilə eyni müddətə uzadılır
questionDepozitimi nə vaxt götürə bilərəm?
Maksimum mənfəət əldə etmək üçün depoziti müddəti bitdikdən və avtomatik uzadıldıqdan sonra götürmək daha sərfəlidir. Bu halda, siz hesablanmış faizlərin tam məbləğini əldə edəcəksiniz. Əgər fors-major baş verərsə və siz depozit hesabını vaxtından əvvəl bağlamalısınızsa, narahat olmayın, depozit qoyduğunuz vəsaiti alacaqsınız. Amma qazanılan faiz məbləği az olacaq
questionDepoziti necə bağlamaq və pulu almaq olar?
İstənilən bank iş günündə depozit hesabını onlayn bağlaya bilərsiniz. Bunu etmək üçün Leo tətbiqində "Depozitlər" bölməsində "Depoziti bağla" düyməsinə toxunun, pulu köçürmək istədiyiniz kartı seçin, bir neçə saniyədən sonra pul kartınızın balansında əks olunacaq