Sərmayələr
Aktivləri necə alıb necə satmaq olar?
Səhm və ya kriptovalyuta almaq üçün siyahıdan şirkət və ya koin seçin, miqdarı göstərin və Leobank kartı ilə ödəniş edin. Səhm alış-verişi aparılan an, vəsaitər dollar məzənnəsi ilə manatla silinəcək. Satış üçün “Portfel” bölməsində seçim edin, miqdarı daxil edin və əməliyyatı təsdiqləyin. Vəsaitlər Leobank kart balansınıza aktivlərin satış anına olan dollar məzənnəsi ilə manatla köçürüləcək.
Nə qədər və hansı səhmləri ala bilərəm?
Alınan səhmlərin sayına heç bir məhdudiyyət yoxdur. Ğnəmli olan sizin istəyiniz və Leobank kart hesabınızdakı vəsaitin miqdarıdır. Hazırda S&P 500 siyahısından səhmlərimiz var – bu siyahıdan istədiyinizi ala bilərsiniz. Həmçinin səhmlərin qismən alış-verişi da mümkündür.
Kriptovalyutanı necə almaq və ya satmaq olar?
Kriptovalyuta almaq üçün onu tətbiqdəki siyahıdan lazım olan mövqeni seçin, miqdarı və ya məbləği manatla qeyd edin və Leobank kartı ilə ödəyin. Vəsaitlər kriptovalyuta alışı zamanı olan dollar məzənnəsi ilə manatla ödəniləcək. Satış üçün “Portfel” bölməsində kriptovalyutanı seçin, miqdarı qeyd edib əməliyyatı təsdiqləyin. Vəsait Leobank kart balansınıza kriptovalyutanın satışı zamanı olan dollar məzənnəsi ilə manat valyutası ilə köçürülür.
Səhm, kriptovalyuta alışı və satışı üçün komissiya nə qədər təşkil edir?
İndeks və səhmlərin alışı və satışı üçün komissiya 0,5% təşkil edir. Kriptovalyutanın alışı və satışı üçün komissiya 2% təşkil edir. Əməliyyat kredit vəsaiti hesabına aparılarsa, əlavə olaraq məbləğdən 2% tutulur.
Səhmlərdən və ya kriptovalyutadan pay almaq istəsəm, onda necə olacaq?
Bir səhmin bir hissəsini və ya məsələn, Bitcoin-in bir hissəsini ala bilərsiniz. Bunun üçün bizdə fraksiya ticarəti (pay alış-verişi) prinsipi mövcuddur. Sadəcə olaraq, məbləği manatla daxil etməklə payın və ya kriptovalyutanın fraksiyalı hissəsini (səhmin 0,01 hissəsi) almaq mümkündür.
Tətbiqdə səhmlər haqqında məlumatı haradan tapa bilərəm?
Hər bir səhm haqqında məlumat onun işarəsi, tiker və ya qiyməti altında yerləşir. Üzərinə kliklədikdə müəyyən bir dövr üçün səhmlərin fəaliyyətini, həmçinin şirkətin ümumi icmalını, kapitallaşmasını, həcmin, dividend ölçüsünü və P/E əmsalını görmək mümkündür.
Dəqiq olaraq hansı səhmləri almaq lazım olduğunu deyə bilərsiniz?
Xeyr, istəyimizdən asılı olmayaraq, səhm və kriptovalyuta alışı və satışı ilə bağlı məsləhət vermək səlahiyyətimiz yoxdur. Məsuliyyət həmişə qərarları qəbul edənlərin üzərinə düşür.
Birjanın bağlı olduğu saatlarda nə etmək olar?
ABŞ fond bazarının öz iş saatları var, ona görə də bazar bağlı olduğu halda səhmləri almaq və ya satmaq mümkün deyil. İndi bazar “yay vaxtı” ilə işləyir: maliyyə əməliyyatları iş günlərində, Bakı vaxtı ilə saat 17:30-dan 00:00-dək həyata keçirilə bilər. Bazar həftə sonları və bəzi ABŞ bayramlarında bağlı olur.
Birjanın bağlı olduğu saatlarda nə etmək olar?
Günün istənilən vaxtı kriptovalyuta alıb sata bilərsiniz. Tezliklə siz həmçinin bazarın bağlı olduğu saatlarda səhmlər və ya fond indeksləri ilə ticarət edə biləcəksiniz. Bunun üçün biz ticarəti pre-market time ilə başlayırıq. Bu o deməkdir ki, başqa bir müştəri razılaşdırılmış qiymətə mövqeləri almaq və ya satmaq istəyərsə, müştərinin sifarişləri qeydə alınır. Bununla belə, nəzərə almaq lazımdır ki, səhmlərin bazardan əvvəlki dövrdəki dəyəri ticarət sessiyası zamanı olan dəyərindən fərqli ola bilər.
Ümumi gəliri harada görə bilərəm?
“Sərmayələr” menyusunun əsas səhifəsində “Portfel” bölməsi mövcuddur. Orada həm hesabın ümumi balansını, həm də portfeldəki hər bir səhm üzrə göstəriciləri görə bilərsiniz.
Səhmlər harada saxlanılır?
Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq tərəfdaşımız UniCapital tərəfindən həyata keçirilir. Müştərilərin bütün aktivləri brokerin öz aktivlərindən ayrı saxlanılır. Eyni zamanda, hər bir müştərinin səhmləri Unicapital-da ayrıca müştəri hesablarında uçota alınır. Unicapital depozitar deyil, lakin öz müştərilərinə maliyyə alətləri ilə əməliyyatlarla bağlı qiymətli kağızlar hesabının idarə edilməsi xidmətləri göstərmək hüququna (müvafiq lisenziyaya) malikdir. Səhmlər üzrə son hüquqlar (məsələn, dividend almaq hüququ) son sahiblərə, yəni müştərilərimizə məxsusdur.
Səhmlərin və ya kriptovalyutanın ticarətindən əldə edilən gəlir vergiyə cəlb edilirmi?
Səhmlərin və kriptovalyutaların alış-veriş xidmətini təqdim edən Leobank, vergi orqanı olmadığı üçün müştərilərdən VÖEN tələb etmir və müştərilər üçün vergi ödəmir. Vergi ödənişinin zəruri ola biləcəyini nəzərə alaraq və həmçinin sizin fərdi məsələnizə uyğun olan bütün məlumatları əldə etmək üçün müvafiq orqanla əlaqə saxlamağınızı tövsiyə edirik.
Səhmləri almaqda risk varmı?
Sərmayə riskləri mövcuddur, ona görə də bazarın vəziyyətini və səhmlərini almaq istədiyiniz şirkətləri izləmək vacibdir. Risklər haqqında ətraflı məlumatı Baş Müqavilənin ictimai hissəsinin “Risk Faktorlarının Bəyannaməsi” bölməsində oxuya bilərsiniz.
Səhm ticarəti zamanı pul itkisi mümkündürmü?
Səhm ticarəti zamanı siz yatırılan vəsaitləri həm qazana, həm də itirə bilərsiniz. Məsələn, portfelinizdəki səhmləri onların alış qiymətindən aşağı satsanız, alış qiyməti ilə satış qiyməti arasındakı fərqi itirmiş olacaqsınız.