Xəzinə
Xəzinə vasitəsilə Leobank kartı ilə alış-veriş edərək arzu etdiyiniz hədəflər üçün asan və nəzərə çarpmadan pul yığa bilərsiniz
Xəzinənin balansını necə artırmaq olar?
Xərcləmələrin yuvarlaqlaşdırılması, xərcləmələrdən faiz, müntəzəm ödənişlər kimi avtomatik yığım qaydaları təyin edin. Xəzinənin balansını özünüz Leo kartından, başqa bank kartından və ya Apple Pay və Google Pay ilə artıra bilərsiniz
Dostları Xəzinənin balansını artırmağa necə dəvət etmək olar?
Dostlarınızı ortaq xəyallarınız üçün birgə pul yığmağa dəvət edə bilərsiniz. Bunun üçün “Paylaş” düyməsinə klikləyin və linki dostunuza göndərin, ya da messencer və sosial şəbəkələrdə paylaşın. Dostlar linkə keçid edərək öz Leo kartları, başqa bank kartı və ya Apple Pay və Google Pay ilə Xəzinənizin balansını artıra biləcək
Xəzinədəki yığımlara faizvermə var?
Bəli:
- Leo qara kart sahibləri üçün illik 6%
- Leo Prime kart sahibləri üçün illik 7%
Faizlər Xəzinənin əsas məbləğinə hər ay əlavə edilir
Eyni vaxtda 10-a qədər Xəzinə aça bilərsiniz
Maksimum müddət və məbləğ nə qədərdir?
İstədiyiniz qədər və istədiyiniz kimi pul yığın. Müddət və yığım məbləği üzrə heç bir məhdudiyyət yoxdur
Kredit limitindən Xəzinəni doldurmaq olarmı?
Xeyr. Xəzinəni yalnız şəxsi vəsaitlərlə doldurmaq mümkündür
Xəzinənin bağlasam, faizləri itirəcəyəm?
Xeyr. İstənilən vaxt Xəzinəni “sındıra” və məbləği faizlə birlikdə tam və ya qismən götürə bilərsiniz. Çəkilən məbləğ qazanılmış faizlə birlikdə Leobank kartınıza köçürüləcək