Leobank
Referal proqramı
Question
Dostunuzu Leobank müştərisi olmağa necə dəvət edə bilərsiniz?
Digər – Dostunu dəvət et menyusuna keçin və tətbiqi yükləmək üçün unikal linki kopyalayıb dostunuza göndərin
Question
Dostu dəvət etməyə görə bonus nə vaxt köçürüləcək?
Dostunuz kartı aktivlədirdikdən sonra hər birinizin cashback hesabına 3 AZN avtomatik olaraq köçürüləcək
Question
Dəvət sayına məhdudiyyət varmı?
Xeyr
Question
Dost dəvəti üzrə qazanılan cashback 50 AZN limitinə necə təsir edir?
“Dostu dəvət et” proqramı üzrə cashback “Bankdan cashback” kateqoriyasına daxil edilir və 50 AZN limitinə təsir etmir. Məsələn, 17 dost dəvət edib 51 AZN cashback alsanız, yenə də ayın seçilmiş kateqoriyaları üzrə cashback əldə edə biləcəksiniz
Question
Dostlara göndərdiyim dəvətlərin statusunu harada yoxlaya bilərəm?
Bütün dəvətlər üzrə statuslarını Digər – Dostunu dəvə et menyusunda yoxlaya bilərsiniz
Question
Cashback aldığımı necə bilə bilərəm?
Cashback köçürüldükdə, siz push-bildiriş alacaqsınız. “Cashback” bölməsində siz “Bankdan cashback” kateqoriyasında hesablanmış məbləği görəcəksiniz
Question
Dostum tətbiqi mənim linkim vasitəsilə deyil, App Store/Play Market vasitəsilə birbaşa yükləsə nə olacaq?
Dostunuz qeydiyyatdan keçib kart ala biləcək, lakin bu halda hər biriniz cashback hesabınıza 3 AZN almayacaqsınız
Question
Mənim və dostumun cashback hesabına 3 AZN köçürülməsə nə etməliyəm?
Bu halda, dəstək xidməti ilə əlaqə saxlamanız xahiş olunur