Vəsait çıxarılması və artırılması
Kartın hesabını komissiyasız necə artırmaq olar?
MilliÖn, ExpressPay, e-Manat və Unibank ödəniş terminalları vasitəsilə və həmçinin digər bank kartından Leobank tətbiqində "Balansın artırılması" menyusundan kart balansını komissiyasız artıra bilərsiniz
Kartdan pulu komissiyasız haradan çıxara bilərəm?
Şəxsi vəsaitləri Unibank bankomatlarından çıxardıqda, Bank tərəfindən hər bir müştəri üçün fərdi müəyyən edilən aylıq limit çərçivəsində komissiya tutulmur, müəyyən edilmiş limitdən yuxarı isə çıxarılan məbləğin 1%-i tutulur (minimum 1 AZN). Kredit vəsaitlərini çıxardıqda komissiya 2%-dir
Digər bankomatlarda Leobank kartından nağdlaşdırma komissiyası nə qədərdir?
Şəxsi vəsaitlərin nağdlaşdırılması – 0,5% (min 1 AZN)
Kredit vəsaitlərinin nağdlaşdırılması – 2% (min 1 AZN)