Leobank
Ümumi suallar
Question
Leobank kartları hansı sinifə aiddir?
Kart növü – Visa Credit / MasterCard Credit / Visa Signature Kart sinifi – Visa Rewards / MasterCard World
Question
Kartı digər valyutada açmaq mümkündür?
Hələ ki, mümkün deyil, lakin biz bunun üzərində işləyirik
Question
Kart zədələnib və ya itirilmişdir, onu necə əvəzləmək olar?
Yeni kart almaq üçün bizim dəstək xidmətinə yazın və ya Unibank filialına yaxınlaşın
Question
Tətbiqdə mobil nömrəni necə dəyişmək olar?
"Digər" bölməsinə keçin və telefon nömrəsinə toxunun. Yeni nömrəni daxil edib sms-lə gələn şifrə ilə təsdiqləyin
Question
Smartfonu və kartı itirmişəm. Nə edim?
Təcili dəstək xidmətinə istənilən mesencerdə xəbər verin və ya Azərbaycanda – *7773 (stasionar və mobil zənglər pulsuzdur), xaricindən isə – +994 12 310 14 88 nömrəsinə zəng edin.
Question
Kart tariflərinə harada baxa bilərəm?
https://leobank.az/ saytdında, və ya “Digər“ - “Tariflər“ menyusunda
Question
Kart üzrə çıxarışı necə ala bilərəm?
Kart ayarlarını açın və “Çıxarış göndərmək” seçin
Question
Bir Leobank kartını eyni anda iki cihaza əlavə etmək olar?
Xeyr, belə bir imkan təhlükəsizlik baxımından istisna olunur
Question
Apple/Google Pay dəstəyi varmı?
Bəli
Question
Niyə “Karta köçürmək” menyusunda telefon bağlantılarım əks olunur?
Biz Leobank kartına sahib olan əlaqələrinizi göstəririk. Siz kart nömrəsi olmadan bağlantılarınız üçün ödənişlər edə bilərsiniz
Question
Digər istifadəçilərin bağlantılarında Leobank kartımın görsənməsini söndürə bilərəm?
Bəli, mobil tətbiqdə Digər – Ayarlar – “Əlaqələrdə göstər” düyməsini keçirərək bunu edə bilərsiniz
Question
Mobil tətbiqin veb versiyası olacaq?
Xeyr
Question
“Şəxsi vəsait qalığına faizlərin hesablanması” xidməti nədir?
Bu, kartdakı şəxsi vəsaitlərin qalığı üzrə aylıq faiz almağa imkan verən xidmətdir. Faizlər gündəlik hesablanacaq. Ödəniş hər ayın 1-də baş verir

Qara Leo kartı üçün:
  • 10 manatdan 499,99 manata qədər olan qalıq vəsaiti üzrə illik 3% hesablanır
  • 500 manatdan 999,99 manata qədər olan qalıq vəsaiti üzrə illik 5% hesablanır
  • 1000 manat və yuxarı qalıq vəsaiti üzrə illik 6% hesablanır

Leo Prime kartı üçün:
Kartdakı şəxsi vəsaitin məbləğindən asılı olmayaraq illik 7% hesablanır